Tam peyvənd olunanlar Aİ ölkələrinə gedə bilər
![](https://ena.az/uploads/news/2021-05/_ena_db2356d105e6f1e61a83d034d_o.jpg)
Avropa İttifaqının üzv ölkələri arasında tam peyvənd olunmuş şəxslərin girişinə icazə verilməsi barədə razılıq əldə olunub.
“ENA” “AFP”-yə istinadən xəbər verir ki, sərhədlərin açılması, habelə peyvənd sertifikatları məsələsinin mayın 25-də keçiriləcək təcili Aİ sammitində diqqət mərkəzində olacağı gözlənilir.