Qarabağ

Lavrovdan sərhəd mübahisəsi ilə bağlı TƏKLİF

Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib.

ENA.az-ın məlumatına görə, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.

S.Lavrov bildirib: "Biz dövlət sərhədlərinin beynəlxalq hüquqi rəsmiləşdirilməsinin olmaması ilə əlaqədar yaranmış insidentin tənzimlənməsində Rusiyanın göstərdiyi səylər barədə öz dostlarımızı məlumatlandırmışıq. İlkin razılaşmaya əsasən Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan Birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)