Tenderlər

Agentlik 40 milyon manatlıq tenderə yekun vurub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"ENA" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Aqri Kon” və “Agro Best” QSC konsorsiumudur.

Qalib konsorsiuma 40,4 milyon manat ödəniləcək.

Şirkətlərdən birinin - “Aqri Kon”nun 1,045 milyon manat vergi borcu var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department