Dövlət Vergi Xidməti konsultasiya xidmətinə 9 milyon manat ödəyəcək
Dövlət Vergi Xidməti "Monitorinq, konsultasiya və dəstək xidmətlərinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.
ENA.az xəbər verir ki, qalib şirkət “Cybernet” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Xidmət qalib şirkət ilə məbləği 8 milyon 973 min 974 manat olan müqavilə imzalayıb.