ENA+

Rusiya Bankı: Benzin, avtomobil və bir sıra yeyinti məhsulları bahalaşacaq

Rusiya Bankı (Mərkəzi Bank) 2019-cu ildə qiymət artımı ilə bağlı məlumatları özündə əks etdirən “Pul –kredit siyasəti” hesabatını açıqlayıb.

BI”nin məlumatına görə, hesabatda bildirilir ki, gələn il Rusiyada benzin və tütün məhsullarınının qiyməti 4,6%, avtomobillərin qiyməti 0,2%, şərab məhsullarının qiyməti 0,9% arta bilər.

Benzinin bahalaşması məhsulların daşınması xərclərini artırmaqla son nəticədə malların özünün bahalaşmasına gətirib çıxaracaq.

Sənədə əsasən, 2019-cu ildə malların qiymətindəki dəyişikliyə ƏDV-nin, aksiz vergisinin artması və Ümumdünya Ticarət Təşkilatının tələbləri təsir edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)