Sağlamlıq

Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

Bu gündən ilkin olaraq yaşı 60 və daha çox olan şəxslər COVID-19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oksford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“dır-red) də istifadə edə biləcəklər.

"ENA" xəbər verir ki, “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 şəhərdə - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

COVAX platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, “AstraZeneca” İngiltərə-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)