Bank

Aktivlərini itirən və artıran banklar hansılardır? – TOP-5 - RENKİNQ

Azərbaycan banklarının əsas göstəricilərindən biri olan aktivlərin həcmindəki ümumi tendensiyaya görə, 26 bankdan 14-nün aktivlərində artım, 12 bankda isə azalma baş verib. Nəzərə alsaq ki, aktivlər idarə olunan və gəlir gətirən resursdur, aktivlərin itirilməsi, bankları gəlirlərdən məhrum edir. Başqa sözlə, aktivlər azalırsa, bu gəlirlərin azalması üçün səbəbdir. Bəzən aktivlərin artması fonunda gəlirlərin azalmasına da rast gələ bilərik, bu isə artıq bankın xərclərinin böyüməsilə birbaşa əlaqəlidir.

Məsələn, “Unibank”ın aktivləri 11% artdığı halda, gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 dəfə azalıb. Yəni, Unibank ötən ilin birinci rübündə 6 milyon 322 min manat mənfəət açıqladığı halda, bu ilin birinci rübündə cəmi 591 min manat mənfəət açıqlayıb. Bu halda bankın xərclərinin tərkibinə baxsaq, qeyri-faiz xərcləri 3 milyon 116 min manat artıb. Əsasən bank əmək haqqı, inzibati və digər xərclər maddələri üzrə daha çox pul yönəldib. Üstəlik, ötən il məqsədli ehtiyatlardan 2 milyon 503 min manatı çıxararaq mənfəətə əlavə etmişdisə, bu rübdə əksinə məqsədli ehtiyatlara 3 milyon 525 min manat ayırıb.

Beləliklə, aktivlərin həcmində artım dinamikasına görə Türkiyənin dövlət bankının Bakıdakı törəməsi olan  Ziraat Bank - Azərbaycan 31,7% ilə öndədir. TOP-5-liyə daxil olan digər bankların sırası belədir: Kapital Bank, PAŞA Bank, Naxçıvan Bank, Turan Bank.

Aktivlərini ən çox itirən bank isə AFB Bank-dır. Ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivlərində 54,3% azalma baş verib. Son bir ildə aktivlərin əsas maddələrindən biri olan bankın kredit portfeli 68,5% kiçilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department