Axtar

Astronavt NASA-nın rəhbəri oldu

ABŞ Senatı keçmiş senator və astronavt Bill Nelsonu Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsinin (NASA) rəhbəri vəzifəsinə təsdiqləyib.

Bu barədə “ENA” RİA “Novosti”yə istinadən xəbər verir.

Nelsonun namizədliyi yekdilliklə qəbul edilib.

Qeyd edək ki, NASA ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyidir. NASA-nın işi Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etməyi əhatə edir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33