Hadisə

Tacikistan-Qırğızıstan sərhədində ATIŞMA: ölən və yaralananlar var

Tacikistanla Qırğızıstan arasında gərginlik yaşanır.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkənin sərhədində hazırda atışma gedir.

Tacikistan tərəfdə azı 3 nəfərin odlu silahdan xəsarət aldığı xəbər verilir. Sərhəd Kok-Taş kəndində evlərdə yanğın başladığı da xəbər verilir. Qırğız tərəfində isə 1 ölü, 16 yaralının olduğu xəbər verilir.

Qırğızıstan prezidenti baş verənlərlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)