"Sony" rekord həddə xalis mənfəət əldə edib
Yaponiyanın texnologiya nəhəngi “Sony” şirkəti ötən il aprelin 1-dən bu il aprelin 1-nə qədər davam etmiş son maliyyə ilində 1,2 trilyon yen (təxminən 11 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.
“ENA” xarici mətbuata istinadən xəbər verir ki, bu, əvvəlki maliyyə ilinə nisbətən təxminən 28% çoxdur və yeni rekorddur.
Hesabat dövründə "Sony"nin satışdan gəlirləri 9% artaraq 9 trilyon yenə (təxminən 83 milyard dollar) çatıb.