Honda şirkəti benzinlə çalışan avtomobillərin istehsalını dayandıracaq
Honda şirkəti öz avtomobillərinin elektrikli mühərriklərə keçid planından danışıb. Beləliklə şirkət benzinlə çalışan mühərriklərə sahib avtomobillərin istehsalını tamamilə dayandıracaq. Benzinlə çalışan mühərriklərdən tam şəkildə imtina etməkdən öncə isə Honda bir neçə mərhələdən keçməli olacaq. Beləliklə şirkətin planına əsasən 2030-cu ilə kimi onun istehsal edəcəyi avtomobillərin 40%-ni elektromobillər təşkil edəcəklər. 2035-ci ilə kimi isə bu göstərici 80% təşkil edəcək. Nəticədə 2040-cı ilə kimi Honda yalnız elektromobil istehsalı ilə məşğul olacaq. Hal hazırda Honda şirkəti ABŞ-ın General Motors şirkəti ilə birlikdə tam elektrikli avtomobil platforması üzərində çalışır.
Bir sıra məlumatlara əsasən bunlar, Honda və Acura off-road modelləri olacaqlar. Hər iki elektromobilin Şimali Amerikadakı zavodlarda istehsal ediləcəyi gözlənilir. Lakin buna baxmayaraq yaponiyalı mühəndislər yeni texnologiyaların yaradılmasından heç də imtina etmək niyyətində deyillər. Belə ki, artıq bu onilliyin sonuna kimi e:Architecture adlı elektrikli avtomobil platforması istifadəyə veriləcək. Bundan əlavə olaraq şirkət bu onilliyin sonuna kimi batareya istehsalını rellaşdırmaq üçün sərt elektrolitli batareyalar sahəsindəki işlərə də start verməyi də planlaşdırır. Hidrogen yanacaq elemenetlərinə də böyük diqqət ayrılır. Lakin o, çox güman ki, yük maşınlarında istifadə olunacaq.