Axtar

Bu dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıdı - SƏRƏNCAM

Azərkosmos və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki olan 5 qurumun adı Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Sərəncama görə, “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nın 11-ci hissəsi və 16.2 – 16.5-ci bəndləri ləğv edilib.

Burada, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətilərinin adı var idi.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33