BİZNES

Yeni yaradılan şirkətlərin çoxu tikintidir: açılan bizneslər üzrə rəsmi statistika

2021-ci il aprelin 1-nə Azərbaycanda 158,163 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin sonuna olan göstəricidən 1,8% çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında 2,833 min hüquqi şəxs qeydiyyata alınıb, 105 hüquqi şəxs fəaliyyətini dayandırıb.

2021-ci il aprelin 1-nə respublikada 11,684 min kənd təsərrüfatı (artım 1,1%), 8,7 min təkrar emal (artım 2,4%), 15,075 min tikinti müəssisəsi (artım 2,2%) fəaliyyət göstərir.

Bundan başqa, I rübün sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 44,919 min (artım 2,1%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,961 min (artım 2,9%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 2,198 min (artım 1,8%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 7,887 min (artım 1,6%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 4,242 min (artım 3,4%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 2,181 min hüquqi şəxs (artım 0,7%) qeydiyyata alınıb.

2021-ci il aprelin 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 145,68 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 92,1%-i) özəl müəssisələrin (o cümlədən 12,484 min hüquqi şəxs xarici, 3,051 min hüquqi şəxs birgə müəssisələrin), 10,754 min hüquqi şəxs (6,8%) dövlət müəssisələrinin, 1,729 min hüquqi şəxs (1,1%) bələdiyyə müəssisələrinin payına düşür.

2021-ci il aprelin 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1 milyon 86,982 min fiziki şəxs qeydiyyatdan keçib. 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə onların sayı 2,3% artıb.

Kənd təsərrüfatı sahəsində 356,149 min, emal sənayesi sahəsində 23,43 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 231,991 min fiziki şəxs fəaliyyət göstərir.

Maliyyə və sığorta fəaliyyəti ilə 4,258 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 14,956 min, inzibati və yardımçı xidmətlər sahəsində 22,133 min, tikinti fəaliyyəti ilə 21,896 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 43,319 min, nəqliyyat və anbar təsərrüfatı ilə 119,162 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 13,876 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)