Sığorta

6 sığorta şirkətinin (xalis) mənfəəti azalıb

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 6-nın ötənilki (xalis) mənfəəti əvvəlki illə müqayisədə az olub.  

Bunlar “Qala Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta”, “Bakı Sığorta” və “Günay Sığorta” ASC-lərdir.

Ən çox azalma “Günay Sığorta”da (54,9%), ən az azalma isə “Qala Həyat Sığorta”da (16,5%) qeydə alınıb.

2 sığorta şirkəti – “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lər ötən ili mənfəətlə başa vursalar da, əvvəlki ildən zərərlə çıxıblar. Odur ki, bu şirkətlərin (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 10 sığorta şirkətinin (xalis) mənfəəti isə artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta” ASC-də (3,9 dəfə), ən aşağı dinamika isə Dövlət Sığorta Kommersiya Şirkətində (“Azərsığorta”, 2%) qeydə alınıb.

4 sığorta şirkətinin (xalis) mənfəəti 5 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 1-i ötən ili zərərlə başa vurub.

Bu, bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-dir.

Bu şirkət 221 min manatlıq zərərə uğrayıb.

Qalan 18 sığortaçı müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 4-də sözügedən göstərici 5 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Həyat Sığorta” (21,774 milyon manat), “PAŞA Sığorta” (20,635 milyon manat), “Xalq Sığorta” (8,061 milyon manat) və “Meqa Sığorta” (5,727 milyon manat) ASC-lərdir.

Qalan 14 sığorta şirkətindən 9-nun (xalis) mənfəəti 1-5 milyon manat arasında, 5 şirkətin maliyyə mənfəəti isə 1 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)