“Bravo”ya maşınla girən sürücü tanınmış şəxsdir
Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub.
"BI" Baku.ws-ə istinadən xəbər verir ki, ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən “Audi-Q3”ün sürücüsü xanım olub.
Həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır.
Hadisə ilə bağlı Azərbaycan Gimnastika Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bikə Abdullayeva açıqlamasında bildirib ki, Mariana Vasilyeva heç bir xəsarət almayıb.
“Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, - deyə Bikə Abdullayeva bildirib.
Qeyd edək ki, ötən gün “Audi-Q3” markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.