Sosial iqtisadiyyat

Azərbaycan 38 yeni avtobus alıb

2021-ci ilin yanvar-fevral aylarında ölkəyə 765 ədəd yük avtomobili, 38 ədəd avtobus idxal olunmuşdur.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin ilk iki ayında Azərbaycana ümumilikdə 4 mln. 210 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 57.1% azdır.

Statistik məlumatlara əsasən,  hesabat dövründə respublikaya ümumilikdə 38 ədəd avtobus (azalma 59.4%) idxal olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)