Bank

AFB-nin əmanət portfelində azalma davam edir: hesabat

Ölkə banklarının bir qismində əhalinin əmanətlərinin əriməsi tendensiyası davam edir. Xüsusən də müddətli əmanətlərin geri çəkilməsi prosesi diqqəti çəkir. “AFB Bank”ın depozit portfeli 15,4% azalıb. Banka qoyulan əmanətlərin müddətinə baxsaq, ən çox qoyulan depozitlər 6-9 aylıq bir dövrü əhatə edir. Belə qısa müddətli pullar isə bankın uzunmüddətli və daha sərfəli kredit vermək imkanlarından məhrum edir.  

 

Kredit portfeli azalıb

2021-ci ilin I rübündə “AFB Bank”ın aktivləri 6,2% azalaraq 263 milyon 863,85 min manat təşkil edib. Aktivlərin tərkibində 63,4% ilə kredit portfeli ən böyük paya malikdir. Martın 31-nə bankın kredit portfeli 8,1% azalaraq 167 milyon 540,44 min manata düşüb. İstehlak kreditləri 23 milyon 685,09 min manat (azalma 14,6%), biznes kreditləri 100 milyon 663,59 min manat (azalma 11,3%) həcmindədir. Bankın vəsaitlərinin 85 milyon 364 min manatını 5 ildən çox müddətə kredit verib. Eyni zamanda, bankın nağd vəsaitləri 6,2%, qiymətli kağızların həcmi isə 8 milyon manat azalıb.  

 

Əmanətlərin "əriməsi" davam edir

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 10,8% azalaraq 182 milyon 373,07 min manat təşkil edir. Aprel ayının əvvəlinə bankda depozitlər 15,4% kiçilərək 93 milyon 571,02 min manata düşüb. Fiziki və hüquqi şəxslərin əmanətlərində, yəni hər iki kateqoriya üzrə azalma davam edib.

Bu ilin yanvar-mart aylarında “AFB Bank”ın kapitalı 5,7% artaraq 81 milyon 490,78 min manat olub. Bankın məcmu kapitalı 80 milyon 234.78 min manat, nizamnamə kapitalı 70 milyon 393,455 min manat təşkil edib. Məcmu kapitalın adekvatlıq əmsalı isə minimum 12%-ə qarşı 57.70% təşkil edir.

 

Mənfəəti artıb 

Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 4 milyon 425,08 min manat olub ki, bu 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 73,3% artım deməkdir. Yanvar-mart aylarında “AFB Bank”ın gəlirləri illik müqayisədə 26,2% azdır və 7 milyon 62 min manat, xərcləri 17,1% azalaraq 4 milyon 65 min manat, xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti dəyişməyərək 1,428 milyon manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib. Təxirə salınmış vergi öhdəliyi 183.47 min manat təşkil edir. Dövrün əvvəlinə bankın nağd vəsaitləri 72 milyon 391.33 min manat olub və 3 ay ərzində 9 milyon 828 min manat azalaraq 62 milyon 564 manata düşüb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)