ENA+

Aleksey Navalnı xəstəxanaya köçürülüb

Rusiya müxalifətinin lideri Aleksey Navalnını Vladimir vilayətində saxlanıldığı 2 nömrəli islah əmək müəssisəsindən məhbuslar üçün nəzərdə tutulan xəstəxanaya köçürülüb.

“ENA” RBK-ya istinadən xəbər verir ki, məlumatı Rusiya Cəzaların İcrası Federal Xidməti yayıb.

Bildirilib ki, həkimlər ona “vitamin terapiyası” müalicəsi təyin ediblər: “Hazırda Navalnının səhhəti normal dəyərləndirilir. Hər gün onu həkim-terapevt müayinə edir. Pasiyentin razılığı ilə ona vitamin terepiyası təyin olunub”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)