Azərbaycanda yeni üzüm emalı zavodu işə düşüb

Samux rayonunun Seyidlər kəndində yeni zavod fəaliyyətə başlayıb.
"BI" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin reyestr məlumat bazasında informasiya yerləşdirilib. "Seyidlər Üzüm Emalı Zavodu" MMC 2018-ci il oktyabrın 25-də qeydiyyatdan keçib.
Zavodun nizamnamə kapitalı 50 manatdır. MMC-nin qanuni təmsilçisi isə Əsgərov Tacəddin Kamil oğludur.