Azərbaycanda səhmdar cəmiyyətin rəhbərliyi yenidən formalaşdırılacaq
2 iyun 2021-ci il saat 12.00-da “Dərnəgülsənayetikinti” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
ENA.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdar cəmiyyətin idarə heyətinin 2020-ci ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və 2020-ci il üzrə illik hesabatların təsdiqi.
2. İdarə heyəti üzvlərinin və sədrin seçilməsi.
3. Müşahidə şurası üzvlərinin seçilməsi.
4. Təftiş komissiyası üzvlərinin seçilməsi.
5. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.