Sosial iqtisadiyyat

Azərbaycanda bu telekanalın yayımı DAYANDIRILDI

"Xəzər" telekanalının tərkibində fəaliyyət göstərən "Dalğa TV"-nin yayımı dayandırılıb.

ENA.az xəbər verir ki, artıq bir neçə gündür telekanal nümayiş olunmur. Bildirilib ki, kanalın yayımının dayandırılması baş verən texniki nasazlıqla əlaqəlidir.

Hazırda problemin aradan qaldırılması üçün işlər aparılır. Kanalın yayımındakı məhdudiyyətin nə vaxta kimi davam edəcəyi bəlli deyil. (Axar.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)