Sosial iqtisadiyyat

Sosial təminat növləri üzrə əhaliyə 1 milyard manatdan çox vəsait ödənilib

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə bu ilin yanvar-mart aylarında ümumilikdə 2 milyon 250 mindən çox şəxsə ödənişlər edilib.

ENA.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən xəbər verir ki, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6.6% və ya 93.9 milyon manat çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib.

Bu ilin ilk rübündə sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)