Amerikalı rəssam ömrünün on ilini 10 mln. dollara satır
Amerikalı rəssam Timoti İnzana ömrünün on ilini 10 milyon dollara satmaq istəyib.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Müqavilənin mahiyyəti ondan ibarətdir ki, bütün bu illər ərzində rəssam tövlədə qapanacaq və 7/24 canlı yayımda sənəd obyektləri yaradacaq.
Qeyd edək ki, 2021-ci ilin ilk 100 gününü 34 yaşlı İnzana Los-Ancelesdəki tövləsində qapalı şəraitdə yaşayıb və davamlı olaraq özünü “Twitch”də yayımlayıb.
İnzana efirdə sənət əsərlərini yaradaraq, daha beş və ya on ilini qapalı şəkildə keçirməyə hazır olduğunu bildirib. Qeyri-adi tamaşanın təşkilatçısı kəsilmiş akril və alüminium parçalarından istifadə edərək, müxtəlif cür sənət əşyaları yaradır. Canlı yayımın olduğu ekranın çərçivəsi də eyni üslubda hazırlanacaq.
Rəssamın sözlərinə görə, onun əsərlərini yaratdığı prosesin özü sənət əsərinə çevriləcək. İnzana ömrünün beş ilini 5 milyon dollara satır ki, bu xidməti 20 nəfər ala biləcək. Lakin 10 milyon dollar qarşılığında sənətçi artıq on ilini qapalı şəraitdə keçirməyi vəd edir. Bu opsiya cəmi bir alıcı üçün mövcuddur.
Bununla belə, İnzana alternativ seçim də təklif edib: o, “Twitch”dəki izləyicilərinin sayı 7 mini keçərsə, fikrindən imtina etməyə hazır olduğunu bildirib. Bu halda rəssam növbəti beş il ərzində indiki yayımını davam etdirəcək, lakin göstərici təyin olunmuş həddə düşsə, yayım dayandırılacaq. Qeyd edək ki, İnzananın “Twitch” kanalına abunənin qiyməti ayda 4.99 dollar təşkil edir.
Amerikalı rəssamın yaşadığı tövlədə həyat üçün lazım olan hər şey var: mətbəx, yataq və hamam. Bütün bunları hazırlamaq üçün İnzana iki ay yarım vaxtını sərf edib. Sənətçinin sözlərinə görə, həyat yoldaşı onu dəstəkləyir.