Sənaye

Neft bahalaşıb

Dünya birjalarında ABŞ-dakı ehtiyatların azalması ilə əlaqədar məlumatlarına görə neftin qiymətləri yüksəlir. Ölkədə 9 aprel tarixində bitən həftə üçün neft ehtiyatları 3,61 milyon barel azalıb. Bir həftə əvvəl azalma 2.62 milyon barel idi.

ENA.az xəbər verir ki, Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə may ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 60,63 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı səviyyədən 0,45 dollar (0,75%) yüksəkdir.

London birjasında ICE Futures iyun ayı fyuçerslərinin dəyəri çərşənbə günü səhər 9:15-ə qədər bir barel üçün 64,12 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,45 dollar (0,71%) çoxdur. 

Qeyd edək ki, bazar həm də OPEC-in neft tələbi ilə bağlı nikbin gözləntiləri ilə dəstəklənir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department