Hadisə

İqtisadiyyat Nazirliyinin qurumu “SOCAR Petroleum”la bağlı məhkəməyə müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti SOCAR-ın törəmə şirkətini məhkəməyə verib. Məhkəmə 13 aprel tarixinə təyin edilib.

ENA.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti barəsində tələblə çıxış edib.

Lakin məhkəməyə hansı məsələyə görə müraciət olunduğu açıqlanmır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)