Bank

İranın ölkəmizdəki bankının mənfəəti 2,6 dəfə artıb: hesabat

Bank Melli İran (İran Milli Bankı) Bakı filialı 2021-ci ilin birinci rübündə aktivlərini 8% artıraraq 101 milyon 161.441 min manata çatdırdı. Kapitalın tərkibinə baxsaq, artım kredit portfeli və qiymətli kağızlara investisiyalar nəticəsində baş verib.  

Bankın məlumatlarına görə, hesabat dövründə kredit portfeli 16,8% arataraq 6 milyon 99,237 manat təşkil edib. Qiymətli kağızların həcmi isə 3.7% artaraq 23 milyon 256 min manatdır. 

Aktivlərin strukturunda ən böyük pay digər banklardakı nağd və müxbir hesablarında yığılan 62 milyon 514.102 min manat həcmində vəsaitdir. 31 dekabr 2020-ci il göstəricisinə nisbətən bu göstərici 12.9% artıb. Belə çıxır ki, bank pulunu daha çox passiv formada saxlayır. Maraqlı məqamlardan biri də odur ki, Bank Melli İran ölkəmizin digər maliyyə qurumlarındakı  pullarının 60%-ni - 1 milyon 377 min manatını geri çəkib. 

31 mart 2021-ci il tarixinə bankın borcları 12.2% yüksələrək 63 milyon 268.204 min manatdır. Hesabat dövründə maliyyə qurumları qarşısında öhdəliklər 8,2% böyüyərək 28 milyon 305,729 min manata çatıb. Müştəri hesabları 55,1% artaraq, 16 milyon 601,838 min manat olub.

Mart ayının sonuna bankın kapitalı 1.6% artaraq 37 milyon 993.208 min manat, nizamnamə kapitalı 73 milyon 611 min 171.44 manat təşkil edib. 

Bankın filialının ilk rübündə xalis mənfəəti 614,424 manat təşkil edib. 2020-ci ilin birinci rübünə nisbətən artım 2,6 dəfədir. Yanvar-mart aylarında İran bankının gəlirləri 38,5% çoxalaraq 1,13 milyon manat, xərcləri 20% çoxalaraq 498 min manat olub. Xüsusi ehtiyatlara ayırmaları 8,9 dəfə azalaraq 18 min manat təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

31 mart 2021-ci il tarixinə olan ümumi bölünməmiş zərərin 35 milyon 617.964 min manat (ilin əvvəlindən% 1.7 azalma) olduğu təxmin edilir.

Bank Melli İran-ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)