Trampın fondu bağlanır
ABŞ prezidenti Donald Trampın fondu qanunsuzluq aşkarlandığı üçün bağlanılacaq.
“BI” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Nyu-York baş prokuroru Barbara Andervud açıqlama verib.
O qeyd edib ki, Tramp fondu öz siyasi maraqlarına uyğun olaraq qeyri-qanuni fəaliyyətlərdə istifadə edib.
Məlumata görə, Tramp Fonduna aid 1,75 milyon dollar digər xeyriyyə təşkilatlarına paylanılacaq.