Axtar

Avropa ölkəsi hər turistə 200 avroyadək pul ödəyəcək

Malta hökuməti ölkədə ən az üç gün qalan hər bir əcnəbi turistə 200 avroyadək vəsait ödəyəcək.

“Reuters” xəbər verir ki, ödənəcək məbləğ qonaqların qaldıqları hotelin ulduzlarının sayından asılı olacaq.

Belə ki, 5 ulduzlu hotel üçün 200, dördulduzlu hotel üçün 150, üçulduzlu hotel üçün isə 100 avro həvəsləndirici bonus nəzərdə tutulub.

Mükafat iyunun 1-dək hoteldə yer saxlatmış şəxslərə şamil ediləcək.

Malta hökumətindən verilən açıqlamaya görə, bu tədbir pandemiyadan əziyyət çəkmiş turizm sahəsinə dəstək məqsədi daşıyır. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33