Sosial iqtisadiyyat

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% azalıb

Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 943 539 min manat təşkil edib.

“ENA” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 1,1 % artaraq 260 727 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,9 % azalaraq 636 883 min manat, aksizlər üzrə daxilolmalar 13,8% artaraq 35 705 min manat, yol vergisi üzrə daxilolmalar isə 3,8 % azalaraq 10 225 min manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)