Sənaye

Belarusda yeni neft yatağı aşkarlanıb

Belarusun Qomel əyalətində Qurianovo adı verilən yeni neft yatağı kəşf edilib.

“ENA” yerli KİV-ə istinadən xəbər verir ki, Pripiat çökəkliyinin orta hissəsində yerləşən yatağın ehtiyatları ilkin olaraq 600 min ton həcmində dəyərləndirilib.

“Belarusneft” dövlət şirkətindən bildiriblər ki, 2021-2022-ci ildə həmin bölgədə 13 kəşfiyyat qyusu qazmaq nəzərdə tutulur. Yeni aşkarlanan yataqda gündəlik 20-30 ton debitli fontan axın gözlənilir.

Qeyd edək ki, Pripiat çökəkliyinin orta bölgəsində son beş il ərzində neft yatağı kəşf edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)