Qarabağ

Putin: “Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir”

“Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir”.

“ENA” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin aprelin 7-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

“Sözsüz, ikitərəfli münasibətlər baxımından bizim danışacaq məsələlərimiz var. Əlbəttə, ən aktual, ən kəskin problem – Dağlıq Qarabağ və ətrafında şəraitin normallaşmasıdır”, - Rusiya prezidenti vurğulayıb.

V.Putin bildirib ki, nəqliyyat marşrutlarının bərpası regionda Ermənistana inkişaf üçün yeni imkanlar qazandıracaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)