“Gold Finance” BOKT-un rəhbəri dəyişdi
“Gold Finance” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbəri dəyişib.
ENA.az xəbər verir ki, BOKT-un direktoru olan Elçin Bağırov İsa oğlu vəzifəsindən azad olunub.
Onun yerinə, Vüsal Abdullayev Maşallah oğlu təyin edilib.
Xatırladaq ki, “Gold Finance” BOKT 2013-cü ildə Bərdədə təsis edilib. Hazırda 350 min manat nizamnamə kapitalına sahibdir.