Vakansiyalar

Şirkətlər işçilər axtarır - VAKANSİYALAR

VAKANSİYA 1

Şirkət: Modenis LLC eManat

Vəzifə adı: Satınalmalar üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Şirkətin satınalma prosesinin təşkili və idarəedilməsində iştirak etmək.
• Satınalmaların yaradılmış proqram üzərindən və yaxud mövcud və ola biləcək digər prosedurlara uyğun olmaqla icra edilməsini tam təmin etmək.
• Alışların təsnifata uyğun olmaqla bölgüsünün aparılması, ümumi və təsnifata uyğun aylıq yarım illik və illik olmaqla müəyyən vaxt intervallarında hesabatların hazırlanması, təqdimatı.
• Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi.

Namizədə qoyulan tələblər:

• Ali təhsil;
• Ən azı bu sahə (marketing və ya təchizat) 2-3 il iş təcrübəsi arzuolunandır;
• Məhsulların analizində analitik - alqoritmik düşünmə qabiliyyəti;
• Texniki sənədlərin tərtibi; Vacibdir
• Kompüter bilikləri; Ofis proqramları
• Komanda şəklində işləmə bacarığı;
• Xarici dil səviyyəsi: İngilis dili (orta və daha üstün) və Rus dili (yaxşı səviyyədə)
• İşgüzarlıq,operativlik və icra etdiyi işə görə cavabdehlik
• Digər müsbət xarakterli xüsuyyətlər(ünsiyyət, gülərüzlülük və.s)

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı 600-800 AZN (nett)
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Satınalmalar üzrə mütəxəssis” yazılmalıdır.

***

VAKANSİYA 2

TEZİBU” MMC-yə (Çatdırılma xidməti) SATIŞ NÜMAYƏNDƏSİ axtarılır.

Namizədə tələblər

- Ali təhsil (İqtisadiyyat, marketinq və ya buna yaxın digər bir sahə)
- Azərbaycan dilində səlis danışma bacarığı, xarici dillər arzu olunandır.
- Güclü satış və tanıtım bacarığı
- Çevik, çalışqan, məntiqli, hazırcavab
- Məsuliyyətli, dəqiq, inkişafa meyilli
- Karyerasını satış sahəsində qurmaq istəyi olmalı
- Komandada işləmək və idarəetmə bacarığı olmalı
- Ofis proqramlarını bilməli (Word, Excell)
- Satış sahəsində təcrübəsi olmalı
- Ünsiyyətcil, məqsədyönlü.

Vəzifələr:

- Şirkətin xidmət sahələrinə uyğun bazar araşdırması aparılması
- Yeni tərəfdaşların tapılması
- Şirkətə müraciət edən tərəfdaşlarla sıx və yüksək səviyyəli münasibətlərin qurulması
- Gördüyü işlər barədə gündəlik hesabatların hazırlanması və müvafiq qeydiyyatların aparılması
- Satış proseslərinin reallaşdırılması
- Tərəfdaşların şirkətin təqdim etdiyi sahə ilə bağlı ehtiyaclarını öyrənərək təmin etmək və bununla əlaqədar şirkət rəhbərliyinə lazımi məlumatların verilməsi
- Mövcud müştərilərlə təşkilati əlaqələrin daim nəzarətdə saxlanılması
- Müntəzəm olaraq rəhbərliyə görülən işlərlə bağlı hesabat verilməsi
- Şirkətin məhsullarının yüksək səviyyədə təqdim etməsi

Əmək haqqı - 600-800 AZN, artım olacaqdır.
AR Ə/M-nə uyğun sənədləşmə.
İş yeri : Azure Business Center, 2ci giriş.
İş rejimi: 09:00-18:00.

CV-ləri "SATIŞ NÜMAYƏNDƏSİ" başlığı ilə mail ünvanımıza göndərməyiniz xahiş olunur.

E-mail: hr@tezibu.az

***

VAKANSİYA 3

GerLift Group LLC

Satış meneceri

İş barədə məlumat:

• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir ;
• Satış həcmindən yüksək bonus;
• İş qrafiki: 09:00 - 18:00;
• İstirahət günü - Bazar günü

Namizədə tələblər

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili biliyi arzuolunandır;
• Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
• İnşaat avadanlıqları, lift və avtomatik qapıların satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
• Mc. Office proqramlarını yaxşı şəkildə bilmək ;
• Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı;
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
• Müştərilərə malı təqdim etmək bacarığı;
• Satış işinin qurulması bacarığı;
• Məsuliyyət,dinamiklik;
• Sürücülük vəsiqəsinin olması;
• Şəxsi avtomobilin olması;
• Yaş həddi : 25-35

Maraqlanan namizədlərdən öz CV-lərini leyla.abdullazade@gerlift.az poçt ünvanına, mövzu bölməsində satış meneceri yazmaqla göndərmələri xahiş olunur.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

***

VAKANSİYA 4

Azərbaycan Beynəlxalq Bankı

Biznes analitika üzrə baş mütəxəssis

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
• Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
• Biznes prosesin proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
• Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
• İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli;
• Sahə üzrə minimum 3 il təcrübəyə sahib;
• Bank məhsulları haqqında biliklərə sahib;
• CRM-sistemləri, Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi olan;
• Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
• Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli;
• Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
• (Arzuolunandır) Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;
• (Arzuolunandır) Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes analitika üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

***

VAKANSİYA 5

Good Finance

Xidmət və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisəyə Baş mühasib tələb olunur.

Tələblər:

⁃ Müvafiq sahə üzrə təcrübə
⁃ Baş mühasib kimi təcrübə
⁃ 1C proqramından yaxşı istifadə bacarığı
⁃ Maliyyə hesabatlarının hazırlanması
⁃ Vergi Məcəlləsi və digər aidiyyəti qanunvericilik üzrə biliklər
⁃ Vergi və digər rəsmi hesabatların hazırlanması
⁃ Təşkilatçılıq bacarığı

Təyin olunacaq şəxsə cari fəaliyyəti ilə bağlı konsultasiya dəstəyi veriləcəkdir.

Aylıq əmək haqqı 1400-1700 manat müəyyən edilir. Yemək təminatı var. Yalnız kişi namizədlər tələb olunur.

CV-lərinizi info@goodfinance.az elektron ünvanına göndərə bilərsiz.

***

VAKANSİYA 6

The Crescent Beach Hotel & Leisure Resort

Aşbaz

İş barədə məlumat

- Razılaşdırılmış menyuya və yazılı resepturaya əsasən yeməklərin keyfiyyətli şəkildə hazırlanmasını təmin etmək
- Məhsullara və onların müddətinə nəzarət etmək
- Mətbəxdə istifadə edilən alət və ləvazimatların həmişə təmiz və işlək qaydada olmasını təmin etmək

Əmək şəraiti:

- İş qrafiki: 9-10 saat (danışıq əsasında dəqiqləşdiriləcək)
- Əmək haqqı: 800-1000
- Nahar, servis (İçərişəhərdən), forma şirkət tərəfindən qarşılanır
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə

Namizədə tələblər

- İş təcrübəsi: bu vəzifədə 2 ildən az olmayan iş təcrübəsi
- Kalkulasiyanı bilmək
- Hər növ yeməkələrin hazırlanmasında məlumatlı olmaq /Avropa/Milli (kababları və manqalı bilməsi üstünlükdür)
- Diqqətli, məsuliyyətli və cəld.

Əlaqə: 070-213-41-18, 012-497-47-77 (1408)

Maraqlanan namizədlərdən şəkilli CV formasını hr@cbh.az ünvanına göndərmələri xahiş olunur.

Ünvan: Şıx çimərliyi, Salyan şosesi 5. 

***

VAKANSİYA 7

The Crescent Beach Hotel & Leisure Resort

Hotelə Şirniyyatçı tələb olunur.

Əmək haqqı və iş saatı müsabiqə əsasında dəyişdirilə bilər. 1 istirahət günü, Forma,Servis və Nahar şirkət tərəfindən təmin olunur.

Maraqlananlardan CV formalarını (şəkillə bərabər) hr@cbh.az elektron poçt ünvanımıza göndərmələri xahiş olunur.

Ünvan: Səbail r-nu, Şıxov çimərliyi, Salyan şossesi 5.

Təhsil: Aşpaz-qənnadçı
- Azərbaycan, Avropa şirniyyatlarını bilməli, hotel sahəsində iş təcrübəsinin olması mütləqdir. İş yerində təmizliyə riayət etmək.
- Komanda ilə işləmək bacarığı
- Sanitar qaydaları bilmək və riayət etmək
- Cəld, tabeçilikdə işləməyi bacaran
- Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
- Fiziki cəhətdən sağlam olmalı
- Şirkət daxili qaydalara tam şəkildə riayət etmək, - Stressə davamlılıq bacarığı, Səliqəli

Əmək haqqı 800-1000 AZN

***

VAKANSİYA 8

Parabank ASC

Marketoloq

Əmək haqqı 1200-2000 manat
İş günləri 1-6-cı günlər, bazar günü – istirahət

Əsas vəzifə və öhdəlikləri

• Mövcud, həmçinin yeni layihələr üzrə marketinq planlanlarının işlənilməsi və reallaşdırılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının koordinasiyası;
• Şirkət brendinin gücləndirilməsi, imicinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili
• Şirkətin sosial media səhifələrində və saytında aktivliyin təmin edilməsi, məlumatların yenilənməsi
• Məhsulların müştəriyə media vasitəsilə çatdırılması
• Bazarda tələb-təklifin araşdırılması və tələbin analizi
• Satışın səviyyəsinin yüksəldilməsi məqsədilə yeni təkliflərin irəli sürülməsi

İş qrafiki: 09:00-dan 18:00-dək, 6 gün iş günü bazar istirahət günü

Namizədə tələblər:

– Ali təhsil (Marketinq, Menecment və digər iqtisadi yönümlü ixtisaslar üstünlükdür)
– Müvafiq sahə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi
– Analitik düşüncə tərzi, kreativlik, təşəbbüskarlıq, məsuliyyətlilik
– Marketinq strategiyaları və üsulları üzrə biliklər

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Marketoloq" başlığı ilə vakansiya@parabank.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

***

VAKANSİYA 9

Şirkət: Unimetal

Vəzifə: Ofis menecer

İş barədə məlumat:

- Ofisə gələn qonaqları və müştəriləri qarşılamaq və onların qeydiyyata alınması və ziyarətə gələnləri lazımı şəxslərə istiqamətləndirmək
- Ofisə gələn sənədləri (e-mail, poçt vs.) operativ şəkildə qəbul etmək, qeydə almaq, aidiyyəti şəxslər üzrə bölüşdürmək və icraçılara dərhal çatdırmaq çatdırmaq, telefon zənglərinə lazımı qaydada operativ şəkildə cavab vermək, zəngləri gecikdirilmədən yönləndirmək
- Ofisdə işgüzar görüşlərini tənzimləmək və ziyarətə gələnləri istiqamətləndirmək, yerləşdirmək
- Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək
- Ofisin daxili təmizliyinə nəzarət etmək
- Əməkdaşlarının texniki avadanlıq, dəftərxana ləvazımatı və ofisinin təsərrüfat malları ilə təmin etmək
- İş vaxtı saat 09:30-18:00; şənbə günü saat 09:00-14:00, bazar günü istirahət
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı 500 Azn

Namizədə tələblər:

- Azərbaycan və rus dillərini bilməli, ingilis diliyi biliyi üstünlükdür
- Microsoft Office, Internet Explorer
- Cinsi: qadın
- Yaş 20-30
- Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti
- Dəqiq, məsuliyyətli
- Stres altında işləməyi bacaran
- Nizam-intizamlı
- Yüksək ünsiyyət qabiliyyətli

Uyğun namizədlər hr@unimetal.az adresinə şəkilli CV göndərə bilərlər. Yalnız tələblərə uyğun olan xanımlarla əlaqə saxlanılacaqdır. Xahiş edirik telefon vasitəsilə əlaqə saxlanılmasın!

***

VAKANSİYA 10

Vakansiya: Sahə üzrə satış müdiri ( qida )
Şirkət: Mazarina Trade Company

Tələblər:

- Azərbaycan dilini mükəmməl və rus dilini sərbəst səviyyədə bilməli
- Qida sahəsində Supervayzer və ya bölgə müdiri kimi 3-5 il iş təcrübəsi
- Ofis proqramlarını sərbəst səviyyədə bilməli
- Yüksək şəxsi standartlar və korporativ etika
- Rahat və səlis nitq qabiliyyəti
- Liderlik keyfiyyətləri və kollektivdə işləmə bacarığı
- Müştərini inandırmaq qabilliyyətinin yüksək və özünə güvən olmas

Vəzifə öhdəliklər:

- Satış şöbəsi müdirinin verdiyi tapşırıqları yerinə yetirmək
- Tabeliyində olan satış təmsilçilərinin işinə nəzarət etmək
- Satış ərazilərində yaranmış problemləri araşdırmaq və həll etmək
- Müştərilərlə əməkdaşlığı inkişaf etdirmək
- Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət etmək
- Məhsulun yerli bazarda uğurlu satışının təmin edilməsi
- Müştərilərlə müqavilə şərtləri haqqında danışıqlar aparmaq.
- Müqavilələrin rəsmiləşdirilməsini həyata keçirmək
- Problemli müştərilərlə şəxsən əlaqə yaratmaq və yaranmış problemləri həll etmək
- Müştəri ödəmələrinin vaxtında həyata keçirilməsinə nəzarət etmək
- Ərazi üzrə yekun qərarlar vermək

İş şəraiti:

Əmək haqqı:1700 AZN ( Başlanğıc)
• İş vaxtı: 09:00–dan 18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;

Müraciət etmək istəyən namizədlər CV-lərini vacancy@mazarina.az e-mail ünvanına mövzu hissəsinə “Sahə üzrə satış müdiri ”qeyd edərək göndərə bilərsiniz.

Ünvan

Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8

Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department