Elm və Texnologiya

WhatsApp-a yeni funksiya gəlir

WhatsApp mesenceri iOS və Android əməliyyat sistemləri ilə çalışan telefonlar arasında çat tarixini köçürmək imkanı yaradan funksiyanı sınaqdan keçirir.

“ENA” “WA BetaInfo”ya istinadən xəbər verir ki, yeni funksiya qarşılıqlı söhbətlərin, ismarıclar tarixinin, gələn faylların, qrup abunələrinin köçürülməsini təmin edəcək. Hazırda isə bunu yalnız kənardan proqram yükləməklə etmək mümkündür. Bunun səbəbi ehtiyat kopiyasının iOS ilə işləyən telefonlarda iCloud servisində, Android ilə işləyən telefonlarda isə Google Disc-lərdə saxlanılmasıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department