Sağlamlıq

Nazir müavini xəstəxanaya yerləşdirildi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə koronavirusa yoluxub.

Bu barədə Nazirlikdəki mənbə məlumat verib.

Məlumata görə, PCR testinin nəticəsi "müsbət" çıxmış E.Vəlizadə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti sabitdir.

Xatırladaq ki, 1964-cü il təvəllüdlü E.Vəlizadə 2007-ci ildən nazir müavinidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)