Sığorta

"Yaşıl Kart" çərçivəsində işləyə bilən sığortaçıların adları açıqlanıb

İcbari Sığorta Bürosu (İSB) "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin adlarını açıqlayıb.

"ENA" bu barədə rəsmi mətbuata istinadən xəbər verir.

Məlumata görə, həmin sığortaçılar Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), eləcə də "Atasığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Azsığorta", "Bakı Sığorta", "Günay Sığorta", "Meqa Sığorta", "Qala Sığorta", "PAŞA Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department