Tanınmış maliyyəçi yeni lizinq şirkəti yaradıb
Paytaxt Bakıda daha bir lizinq şirkəti təsis edilib.
ENA.az xəbər verir ki, bu, “GM Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Lizinq şirkəti dövlət qeydiyyatına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 1 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Qarabağ, ev 8, m. 191 ünvanında dövlət qeydiyyatına alınıb.
“GM Lizinq”in 20 manat nizamnamə kapitalı olmaqla, ona qanuni təmsilçiliyi Elxan Həşimov Rahid oğlu edəcək. E.Həşimovun adı bir vaxtlar “Finanslizinq” ASC-nin Müşahidə Şurasında yer almışdı. O, həmçinin bir vaxtlar sığorta şirkətinin rəhbərliyində də çalışıb.