Sosial iqtisadiyyat

Azərbaycan Dünya Bankı ilə investisiya əməkdaşlığını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Sebastian Molineus ilə görüşüb.

“ENA” xəbər verir ki, bu barədə nazir “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

"S.Molineus və onun həmkarları ilə koronavirus (COVID-19) pandemiyasından sonra iqtisadi bərpa, potensial investisiya sahələri üzrə əməkdaşlıq, layihələrin icra vəziyyəti və gələcək perspektivlərin müzakirəsi barədə görüş keçirdik", - deyə o, qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)