Axtar

“Kapital Bank”ın BOKT-u yenidən kapital artımına gedir – Son bir ildə 12 dəfə böyüdüldü!

“Kapital Bank” ASC-nin törəmə maliyyə təşkilatı “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə ikinci dəfə artırılıb.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, “BirKart” BOKT-un nizamnamə kapitalının həcmi 1 milyon 75 min manat, yaxud 21.5 faiz artırılıb.

BOKT-un nizamnamə kapitalı mart ayının sonuna olan göstəriciyə görə 6 milyon 65 min manata (6 065 000) çatdırılıb.

Sonuncu dəfə ötən ilin 2021-ci ilin yanvarında kapital artımına gedilmişdi. Həmin zaman BOKT-un kapitalı 16.6 faiz artımla 4 milyon 280 min manatdan 4 milyon 990 min manata qədər artırılmışdı.

BOKT 2020-ci ilin iyununda nizamnamə kapitalı üzrə 2 dəfə artım qərarı vermişdi. Həmin ilin iyununda 5.5 dəfə artımla  2.75 milyon manata, sentyabrında isə 81.5%  artımla 4 280 min manata çatdırılmışdır.

Beləliklə son bir ildə nizamnamə kapitalını 12 dəfədən çox artırdı.

“BirKart BOKT” 2018-ci ilin mayında yaradılıb, kapitalının 100%-i “Kapital Bank”a məxsusdur.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33