İlkin və təkrar mənzillər bahalaşıb
2018-ci ilin noyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymət indikatoru oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə 4,72% bahalaşıb.
Bu barədə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Ekspertin qiymətləndirmələrinə görə, hesabat ayında qiymət artımı kommersiya obyektləri və torpaq bazarı istisna olmaqla, demək olar ki, bütün seqmentləri əhatə edib.
"Ay ərzində ilkin mənzil bazarında qiymətlər 2,94% - 1 260 manatadək (1 kv.m), 1 sot torpağın qiyməti 4,2% - 22,11 min manatadək bahalaşıb. Bir mənzilin kirayə haqqı 0,19% - 921,75 manatadək, kommersiya obyektlərinin icarə haqqı isə 6,7% - 2,57 min manatadək (1 kv.m) artıb», - o bildirib.
N.İbrahimovun sözlərinə görə, noyabr ayında təkrar bazarda qiymətlət 2,5% - 1,656 min manatadək (1 kv.m), kommersiya obyektlərinin qiyməti 4,74% - 14,98 manatadək (1 kv.m) ucuzlaşıb.
Ekspert qeyd edib ki, 2018-ci ildə bazarda bütövlükdə 7-8% artım gözləmək olar.
“Yanvar-noyabr aylarında qiymətlər 2018-ci ilin əvvəlinə olan göstərici ilə müqayisədə 6,78% artıb. Xüsusilə, ilkin mənzil bazarında qiymətlər 1,81%, təkrar bazarda – 1,78%, kommersiya obyektləri – 0,53%, torpaq – 8,65%, bağ evləri və villalar isə - 10,45% bahalaşıb. O cümlədən, 2018-ci ildə daşınmaz əmlak bazarının 7-8% artımını proqnozlaşdırmaq olar”, - N.İbrahimov qeyd edib.