Ekologiya nazirliyi "ərəblərin ovuna" dair - AÇIQLAMA VERDİ
“Əcnəbi turistlərin Azərbaycana gəlməsi və harada qalmaları, hansı işlə məşğul olacağı barədə bizə məlumat verilmir. Bu, ümumiyyətlə, bizim səlahiyyətimizdə deyil”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O bildirib ki, onların gətirdiyi ov ləvazimatlara nəzarət edilə bilməz: “Nazirlik buna qarışa bilməz. Eyni zamanda ölkəyə gələn turistlərin hərəkət marşrutlarına nəzarətlə bağlı da qanunvericilikdə nəsə yoxdur. Qaxda qanunsuz ov edən əcnəbi turistlərlə bağlı demək istəyirəm ki, onlar ovçu kimi qeydiyyatdan keçməyiblər və onlara ölkə ərazisində ov etmək üçün ov icazəsi də verilməyib”.
A.Muradov mətbuatda onlar barədə səsləndirilən ittihamların əsassız olduğunu bildirib: “Bizə qarşı mənfi fikirlər səsləndirilən insanlar səmimi deyil”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, ərəblər barədə İnzibati Xətalar Məcəlləsi barədə cərimə təyin olunub: “Ən yüksək məbləğdə cərimələr tətbiq edilib. 4 056 manat cərimə təyin edilib və tam ödənilib”.
O, cərimələnən ərəblərin adlarını da açıqlayıb: "Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə, 1 baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovlayan Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib".