"LUKOYL" prezidentinin Azərbaycandakı yeni nümayəndəsi təyin olunub
"LUKOYL" şirkətinin İdarə heyəti Stepan Qurjini şirkət prezidentinin Azərbaycandakı nümayəndəsi təyin edib.
ENA.az bu barədə "LUKOYL"a istinadən məlumat verir.
Qeyd olunur ki, S.Qurji "LUKOYL Uzbekistan Operating Company" MMC-nin baş direktoru, həm də "LUKOYL" prezidentinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda nümayəndəsi təyin olunub.
Şirkət prezidentinin nümayəndəsinin funksiyaları "LUKOYL" şirkətlər qrupunun qeyd olunan ölkələrdə fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.