“AtaSığorta”nın aktivləri azalıb: banklarda yerləşdirdiyi depozitlərin həcmi "kiçilib"
2020-ci ilin yekunları üzrə “AtaSığorta” şirkətinin xalis mənfəəti 744 min 228,52 manat təşkil edib. “AtaSığorta” 2019-cu ili 663,215 min manat məbləğində xalis mənfəətlə başa vurub. Beləliklə, 2020-ci ildə şirkətin mənfəəti 12,2% artıb.
“AtaSığorta”nın aktivləri əvvəlki ilə nisbətən 2020-ci ildə 2,4 milyon manat və ya 9,85 % azalaraq 21,96 milyon manat təşkil edib.
Şirkətin dərc edilmiş maliyyə hesabatına əsasən, hesabat ilində onun gəlirləri 18 milyon 980 min 867,74 manat, sığorta haqları 13 milyon 895,996 min manat, investisiya gəlirləri 1 milyon 579,344 min manat təşkil edib, qalan gəlirlər isə digər maddələr üzrə əldə edilib.
2020-ci ildə “AtaSığorta”nın xərcləri 18 milyon 94,544 min manat, o cümlədən sığorta ödənişlərinin həcmi 8 milyon 714,091 min manat olub ki, bu da 2019-cu illə müqayisədə 40,4% azdır.. Sığorta işinin aparılması xərcləri 7 milyon 662,713 min manat, təkrar sığortaya verilən risklər 1 milyon 202,234 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2020-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 886 min 324,21 manat təşkil edib. Ötən il “AtaSığorta” 142 min 95,69 manat mənfəət vergisi ödəyib.
ENA.az-ın şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, onun cəmi öhdəlikləri hesabat dövründə 3,14 milyon manat və 21,5% azalaraq 11,45 milyon manat olub.
Balans kapitalı 7,6% artaraq 10,512 milyon manata çatıb, nizamnamə kapitalı isə 14,6 milyon manatda qalıb.
Ötən ilin nəticələrinə görə “AtaSığorta” vergi ödənildikdən sonra 744,23 min manat xalis mənfəət əldə edib. Gəlir və xərcləri müvafiq olaraq 18,98 milyon manat və 18,09 milyon manat təşkil edib.
2020-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 17,8% - 4,84 milyon manatadək azalıb.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alı