Pul xoşbəxtliyə düşündüyümüzdən daha çox təsir göstərir – TƏDQİQAT
Xoşbəxtliyi pulla almaq mümkün deyil?
2010-cu ildə Prinston Universitetinin tədqiqatı bu məqama əlavə nüanslar gətirdi və pulun xoşbəxtliyə təsir etdiyini bir daha sübut etdi. Lakin, mütəxəssislərin sözlərinə görə, bu fikir yalnız illik gəliri 75 min dollardan az olan insanlara uyğun gəlir. Belə ki, aşağı əmək haqqı alan insanlar, ehtimal ki, əsas ehtiyacları ödəmək stresi səbəbindən daha az məmnuniyyət səviyyəsinə sahibdirlər. Və əksinə, illik gəliri 75 min dollardan yüksək olan insanlar özlərini az və ya çox xoşbəxt hiss edirlər.
Bununla belə, yeni tədqiqat geniş yayılmış nəticələri şübhə altına salır.
Pensilvaniya Universitetinin Uorton biznes-məktəbinin baş elmi işçisi Metyu Killinqsvort hesab edir: “Bəlkə də illik gəliri qeyd edilmiş səviyyədən yüksək olan insanlar üçün pul həqiqətən də az əhəmiyyət kəsb edir. Lakin, gəlir səviyyələrinin geniş diapazonunu tədqiq etdikdən sonra, rifahın bütün formalarının gəlirlə birlikdə böyüməyə davam etdiyini söyləyə bilərəm. Bir sözlə, qrafik üzərində heç bir əyilmə görmədim – o sadəcə yüksəlməyə davam edir”.
Gəlir və rifah
Proceedings of the National Academy of Sciences-də dərc olunmuş araşdırmada 18 ilə 65 yaş arasında 33 391 işçinin sorğusu keçirildi. Əvvəlki tədqiqatlarda olduğu kimi, iştirakçılar gəlir və həyat məmnuniyyəti ilə bağlı sualları cavablandırdılar. Lakin bu dəfə sorğu zamanı qeyri-adi metoddan istifadə edildi, çünki Killinqsvort mütəmadi olaraq iştirakçılara “Özünüzü necə hiss edirsiniz?” sualını verən tətbiq yaratdı.
Beləliklə, iştirakçıların yaşadıqları anda xoşbəxtlik göstəricisi olan rifahı təyin etmək mümkün oldu. Tədqiqatçıların xoşbəxtliyi ölçməsinin başqa bir yolu da təxmin edilən rifahı müəyyən etməkdir. Bu, insanların ümumi məmnuniyyəti də daxil olmaqla, həyatlarına verdikləri “qlobal qiymətləndirməyə” aiddir. Yeni tədqiqat həm keçmiş, həm də təxmin edilən rifahı ölçdü.
2010-cu il tədqiqatından fərqli olaraq, yeni sorğu illik gəliri 75 min dollardan çox olan insanların həm keçmiş, həm də təxmin olunan rifahının sabit olmadığını göstərdi. Əksində, hər onların hər iksi loqarifmik gəlirlə böyüyürdü.
“Bu o deməkdir ki, 20 və 60 min dollar qazanan iki ailə arasındakı rifah fərqi, 60 və 180 min dollar qazanan ailələr arasındakı fərqlə eyni olacaq, – deyə Killinqsvort yazır. – Yəni gəlirlərdəki nisbi fərqlər pulun miqdarından asılı olmayaraq hər zaman rifahla əlaqələndirilir”.
Niyə pul vacibdir?
Bu tədqiqat gəlir və xoşbəxtlik arasındakı əlaqəyə dair cəlbedici açıqlama vermə bilmədi, lakin Killinqsvort bununla bağlı bir neçə təklif irəli sürdü.
Birincisi, əlavə pul insanlara əzabları azaltmağa, zövqü isə artırmağa kömək edir. Başqa bir izahat həyatınıza nəzarətlə bağlıdır. “Həyatınıza nə dərəcədə nəzarət edirsiniz?” sualın cavabı əksər hallarda iştirakçıların gəlir səviyyəsi ilə bağlı olmuşdur. Və nəhayət, hesabları ödəmək çətinliyi olan insanlarda maddi “həssaslıqla” xoşbəxtlik arasındakı əlaqə 38% təşkil etmişdir.
Gəlir rifaha əvvəllər düşünüləndən daha çox təsir göstərsə də, bu, pul haqqında daha çox düşünmək və ya şəxsi uğur ideyalarınızı gəlirlə əlaqələndirmək demək deyil.
Killinqsvortun sözlərinə görə, “insanlar pul və müvəffəqiyyəti nə qədər çox əlaqələndirirlərsə, onların yaşadığı rifah da bir o qədər az olurdu.