MALİYYƏ

Türk lirəsi ucuzlaşır

Türk lirəsi prezident Tayyib Ərdoğanın Mərkəzi Bankının rəhbərinin dəyişdirilməsi qərarından sonra Asiya ticarət bazarlarında 17 % azalıb

“ENA“ bu barədə “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ dolların türk valyutasına qarşı məzənnəsi cümə günü 7,22 lirədən 8,34 lirəyə yüksəlib və ötən ilin noyabr ayında göstərilən tarixi minimumu az qala yeniləyəcəkdir.

Xatırladaq ki, martın 18-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 17 %-dən 19 % -ə qaldırıb. Bundan sonra Ərdoğan tənzimləyicinin rəhbəri Naci Ağbalı istefaya göndərmişdi. Mərkəzi Bankın yeni sədri əvvəllər faiz artımına qarşı mətbuatda çıxış edən Şahap Kavdjioğlu oldu. Bununla da, o, 20 ayda Mərkəzi Bankın rəhbəri vəzifəsinə təyin olunan dördüncü şəxs olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department