BİZNES

Mərkəzi Bank: Qeyri-neft sektorunda resessiya dayanıb

"2021-ci ilə iqitisadi artımın bərpası ilə bağlı gözləntilər qeyri-neft iqtisadiyyatında artıq özünü doğrultmaqdadır. Rəsmi rəqəmlərə görə 2021-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda resessiya, demək olar ki, dayanmışdır".

ENA.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, qeyri-neft sektorunun aparıcı sahələri olan qeyri-neft sənayesində 12.1%, kənd təsərrüfatında 2.3%, nəqliyyat və anbar təsərrüfatında isə 10.9% artım müşahidə olunmuşdur.

Real sektorun monitorinqinin nəticələrinə görə fevralda biznes inam indeksi ötən aya nəzərən ticarət və xidmət sektorlarında artım meyilli olmuşdur. Tikintidə icraya qəbul edilmiş sifarişlərdə müsbət meyil qeydə alınmışdır.

Qısa və ortamüddətli perspektivdə həm xarici, həm də daxili tələbdə bərpa prosesinin davam edəcəyi gözlənilir. Daxili tələb stimullaşdırıcı fiskal, monetar və makroprudensial siyasətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcəkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)