Sənaye

Bu il dünya bazarında xam neftin qiyməti 34% artacaq - PROQNOZ

“Bu il dünya bazarında xam neftin orta qiyməti 14,7 ABŞ dolları yaxud 33,9 % bahalaşaraq bir barel üçün 58 ABŞ dolları olacaq”.

“ENA” xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin açıqladığı “Global Economic Outlook – March 2021” hesabatında qeyd edilib.

Hesabata görə, ötən il bu rəqəm bir barel üçün 43,3 ABŞ dolları olub:

“2022-ci il üçün isə 1 barel xam neft 8,62 % ucuzlaşaraq 53 ABŞ dollara düşəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)