Bank

“Yelo Bank” ASC “Təhlükəsizlik Monitorinqi , insidentlərin idarə edilməsi və servislər” üzrə açıq tender elan edir

Texniki şərtlər tenderdə iştirakını elektron məktub vasitəsilə təsdiq edən iddiaçılara
göndəriləcək.

1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Qiymət təklifi
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət
qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan
şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyanı
təqdim edə bilməsi haqqında məlumat)

2. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

- Tender təklifləri 29 Mart 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş.
Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim
edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

3. Ödəniş və digər şərtlər

- Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra
ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər.
- Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
- Tender qalibinin Yelo Bankda açılmış hesabı
- Avans və 5% icra qarantiyası

4. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi,
idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı
üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə
yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən
hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik
olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti
dayandırılmış şəxs olmamalı

5. Satınalan təşkilatın ünvanı
- Bakı ş. Puşkin küçəsi 30, AZ1010
- Əlaqələndirici şəxslər:
1)Nigar Baxşiyeva
İnzibati və Təchizat departamentinin
Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+99455 4577616
nbakhshiyeva@yelo.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department