Sosial iqtisadiyyat

Əli Əsədov bahalaşmadan danışdı

Baş nazir Əli Əsədov deputatların qaldırdığı məsələlərə cavab verib.

ENA.az xəbər verir ki, Baş nazir bu gün keçirilən iclasda bahalasma ilə bağlı məsələyə toxunub.

O bildirib ki, Azərbaycan hökuməti də bu məsələni daim diqqətdə saxlayır:

"Deputatlar təbii olaraq, düzgün olaraq bu məsələni qaldırıblar. Azərbaycan hökuməti də bunu daim nəzarətdə saxlayır. Öz imkanlarından, vəzifə borcundan istifadə edərək ciddi şəkildə məşğul olacaq. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar xidməti tərəfindən gündəlik monitorinqlər aparılır. Təbii, bir çox hallar bizdən asılı deyil. Ticarət partnyorları ölkələrdə qiymətlər, idxal məsələsi ilə bağlı biz buna təsir edə bilmirik. Qiymət artımını yanacağın qiymətinin artırılmasıyla da əlaqələndirirlər. Təbii olaraq təsiri var. Ancaq fermerlere subsidiyalara verilib”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department