“Baktelekom”un rəhbəri dəyişib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin ("Baktelekom") baş direktoru Rövşən Əliyev vəzifəsindən azad edilib.
“ENA” xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.
Nazirin digər əmrinə əsasən, sözügedən vəzifənin icrası baş direktorun müavini Nail Mərdanova həvalə olunub.
“Baktelekom”dan xəbəri “Report”a təsdiq ediblər.